satellite   Azerspace-1: 11135 H 30000

Mariya Zaxarova erməni xalqının bütün bəlalarında Rusiyanın təqsirləndirilməsini yolverilməz hesab edir

Mariya Zaxarova erməni xalqının bütün bəlalarında Rusiyanın təqsirləndirilməsini yolverilməz hesab edir

Ermənistanda Rusiyaya qarşı təxribat xarakterli materiallar yayan media strukturlarının sayı artır.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumunun iştirakçılarına ünvanladığı videomüraciətdə söyləyib.

Onun sözlərinə görə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına qarayaxma halları da artıb. M.Zaxarova Ermənistan mətbuatında Rusiya və bütövlükdə ikitərəfli münasibətlərə dair qərəzli informasiyaların sayının artdığını da vurğulayıb.

Diplomat deyib: “Rusiyanı erməni xalqının bütün bəlalarında təqsirləndirməklə insanlarımız arasında düşmənçilik və nifrət yaratmaq cəhdlərini yolverilməz hesab edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM