satellite   Azerspace-1: 11135 H 30000

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 100-ü ötüb

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 100-ü ötüb

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 122-yə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2 400 nəfər yaralanıb. Qeyd olunub ki, yaralılardan 1 404-nün vəziyyəti ağırdır.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM