satellite   Azerspace-1: 11135 H 30000

NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyi planlayır

NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyi planlayır

NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyə hazırlaşır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.

Bildirilib ki, “Sabit Müdafiəçi” adlanan təlimə ən azı 41 min əsgər və 50-dən çox gəmi cəlb ediləcək. Təlim zamanı 500-700 döyüş atışının həyata keçiriləcəyi gözlənilir.

Qeyd olunub ki, təlimin əsas məqsədi Rusiyanın ehtimal olunan təcavüzünə hazırlıqdır.

Nəşrin yazdığına görə, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlərdə hələ rəsmi surətdə Alyansa üzv olmayan İsveç də iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM