satellite   Azerspace-1: 11135 H 30000

Kreml: “Prezident seçkisində heç kəs Putinlə rəqabət apara bilməyəcək”

Kreml: “Prezident seçkisində heç kəs Putinlə rəqabət apara bilməyəcək”

"Rusiya Prezidenti Vladimir Putin hələ ki, qarşıdan gələn prezident seçkisi ilə bağlı namizədliyini irəli sürəcəyini açıqlamayıb, amma o, namizədliyini irəli sürərsə, heç kim onunla rəqabət apara bilməyəcək".

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, V.Putin əhalinin mütləq dəstəyini alır və uzun illərdir ki, imkanlarını reallaşdırmaq bacarığını nümayiş etdirir.

Xatırladaq ki, Rusiyanın mövcud seçki qanunvericiliyinə əsasən, bu ölkədə növbəti prezident seçkisi 2024-cü il martın 17-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM