satellite   Azerspace-1: 11135 H 30000

ÜST: Son bir ildə türk coğrafiyasında qızılcaya yoluxma kəskin artıb

ÜST: Son bir ildə türk coğrafiyasında qızılcaya yoluxma kəskin artıb

Son bir il ərzində türk dünyası coğrafiyasında qızılcaya yoluxmada artım müşahidə olunur.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Qeyd olunub ki, ən çox yoluxma Türkiyədə qeydə alınıb. Son 1 il ərzində qardaş ölkədə qızılcaya 2 min 986 nəfər yoluxub. Eyni zamanda, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da artım olub.

ÜST-ün əvvəlki hesabatına görə isə Türkiyədə qızılcaya 1543 yoluxma qeydə alınıb. Yəni göstərici bir il ərzində təxminən 2 dəfə artıb.

Mütəxəssislər bildiriblər ki, yoluxmanın qarşısını almaq məqsədilə peyvəndlənməyə ehtiyac var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM