satellite   Azerspace-1: 11135 H 30000

Odessa vilayətinə dronlarla hücum edilib

Odessa vilayətinə dronlarla hücum edilib

Odessa vilayətinin İzmailski rayonunda bu gecə Rusiya tərəfinin zərbə endirici dronlarla hücumu nəticəsində limanətrafı və digər mülki infrastruktura ziyan dəyib, yanğın baş verib, altı nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib. O deyib: “Təəssüf ki, dronlar hədəfə dəyib. Limanətrafı və digər mülki infrastruktura xətər yetirildiyi aşkarlanıb. Fəsadlar aradan qaldırılır. Hazırda xilasedicilər yanğının qarşısını almaqla məşğuldurlar”.

Onun sözlərinə görə, altı mülki şəxsin yaralanması barədə məlumat verilib: “Onlardan üçünün vəziyyəti ağırdır, digər üçü isə orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilir”.

Ukraynanın cənubundakı Müdafiə qüvvələrinin mətbuat xidmətinin bildirdiyinə görə, gecə zərbə endirici “Şahed” dronlarından istifadə edilməklə həyata keçirilən kütləvi hava hücumu zamanı Ukrayna HHQ HHM Qüvvələri və vasitələri ilə düşmənin 32 pilotsuz uçan aparatı məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM