satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin Hərbi Hava Qüvvələri naziri Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb

ABŞ-nin Hərbi Hava Qüvvələri naziri Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb

ABŞ-nin Hərbi Hava Qüvvələri naziri Frenk Kendall Vaşinqtonu Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirməyə çağırıb.

Naxçıvan televiziyası “The Hill” qəzetinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ-nin hərbi potensialı Çinin Tayvana qarşı təcavüzünü dayandırmağa kifayət etməsə, müharibə qaçılmaz olacaq.

Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir. Pekin aviadaşıyıcılara və aerodromlara zərbə endirmək, həmçinin kosmosda və kiber sahədə informasiya üstünlüyünü saxlamaq üçün iki yeni qoşun növü hazırlayıb.

Xatırladaq ki, Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in əyalətlərindən biridir.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik münasibətləri kəsib və Pekinin “Vahid Çin” siyasətini tanıyıb. Vaşinqton eyni zamanda Taybey administrasiyasına silah tədarükünü davam etdirir.

ABŞ Prezidenti Cozef Bayden ötən ilin sentyabrında CBS telekompaniyasına müsahibəsində Çinin mümkün hərbi müdaxiləsi halında Birləşmiş Ştatların Tayvanı müdafiə edəcəyini bildirib. O, həmçinin deyib ki, Vaşinqton adanın müstəqillik cəhdlərini təqdir etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM