satellite   Azerspace-1: 11135 H 30000

Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 6 minə yüksəlib

Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 6 minə yüksəlib

Son məlumata görə, Liviyada baş verən daşqınlar nəticəsində ölənlərin sayı 6 minə çatıb, minlərlə insan itkin düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin nümayəndəsi Səadəddin Abdulvəkil Anadolu agentliyinə bildirib.

BMT-nin məlumatına əsasən, daşqınlardan ən çox zərər çəkən Derna şəhərində 30 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət təkcə Derna şəhərində 5 min 300 nəfərin həyatına son qoyub və minlərlə insanın itkin düşməsinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM