satellite   Azerspace-1: 11135 H 30000

Avropa Parlamenti deputatlarının sayı 720-yə çatdırılıb

Avropa Parlamenti deputatlarının sayı 720-yə çatdırılıb

İndidən sonra Avropa Parlamentinin 720 deputatı olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qurum qərar qəbul edib.

Bununla bağlı təşəbbüsü Avropa Şurası irəli sürüb. Avropa Parlamenti isə yerlərin sayının 705-dən 720-yə qədər artırmaq barədə qərarı təsdiqləyib. Qərarın lehinə 515 nəfər səs verib, 74 deputat bunun əleyhinə olub, 44 nəfər isə bitərəf qalıb.

Qərara əsasən, Belçika, Danimarka, İrlandiya, Latviya, Avstriya, Polşa, Finlandiya, Sloveniya, Slovakiya kimi ölkələr üçün əlavə bir yer, İspaniya, Fransa, Niderland üçün isə iki yer ayrılıb.

Avropa Parlamentinə 2024-cü il iyulun 6-9-da baş tutacaq seçkilər yeni yerlərin sayına uyğun keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM