satellite   Azerspace-1: 11135 H 30000

Moskva "Sputnik Moldova"nın rəhbərinin deportasiyasını Rusiya əleyhinə kampaniya kimi qiymətləndirir

Moskva "Sputnik Moldova"nın rəhbərinin deportasiyasını Rusiya əleyhinə kampaniya kimi qiymətləndirir

Moskva "Sputnik Moldova"-nın rəhbəri Vitali Denisovun Moldovadan çıxarılmasını Kişinyovun Rusiya əleyhinə kampaniyasının bir hissəsi kimi qiymətləndirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi Moskva Kişinyovdan rusdilli resurslara qarşı siyasi motivli təqibləri dayandırmağı tələb edib.

Rusiya XİN-dən o da bildirilib ki, Moldovanın qeyri-dost addımı adekvat cavabsız qalmayacaq.

Qeyd edək ki, sentyabrın 13-də "Sputnik Moldova" agentliyinin rəhbəri Vitali Denisov Moldovadan deportasiya olunub. Moldova Miqrasiya Xidmətinin əməkdaşları Denisovun yanına gələrək əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa imkan vermədən onu maşına mindirib və ilk reysdə deportasiya olunması qərarı ilə hava limanına aparıblar.

Onun ölkəyə girişinə 10 il qadağa qoyulub və Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu barədə məlumatlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM