satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya Ukraynaya yeni partiya PUA təhvil verib

Böyük Britaniya Ukraynaya yeni partiya PUA təhvil verib

Böyük Britaniya Ukraynaya yeni partiya ağır yük daşıyan “Malloy” pilotsuz uçuş aparatlarını (PUA) təhvil verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, PUA-lar cəbhə xəttinə döyüş sursatı və silah daşıya bilir. Onların yükgötürmə qabiliyyəti 180 kq-a qədərdir, qət edə biləcəkləri məsafə isə 70 km təşkil edir.

Nazirlikdən həmçinin bildirilib ki, “Malloy” PUA-ları müstəqil şəkildə havaya qalxır, enir və hava şəraitindən asılı olmayaraq əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə uça bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM