satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda atışma olub, 2 nəfər yaralanıb

İrəvanda atışma olub, 2 nəfər yaralanıb

İrəvanda növbəti silahlı insident baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “shamshyan.com” kriminal xəbər portalı yayıb.

Qeyd olunub ki, baş verən hadisə zamanı həm atışma, həm də bıçaqlanma olub. Atışma nəticəsində 2 nəfər yaralanıb və onlar tibb mərkəzinə aparılıb.

Yaralanan şəxslərin 2 qardaş olması məlum olub və hadisə yerindən aşkarlanmış tapança gilizləri ekspertizaya göndərilib, bununla yanaşı ərazidə “Lada-110” markalı avtomobil də olub.

Hüquq-mühafizə orqanı əməkdaşları xəsarət alanların və hadisə yerində aşkar edilmiş avtomobilin sahibinin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışır, araşdırma davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM