satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır

Qazaxıstan pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır

Qazaxıstan Respublikası müdafiə nazirinin müavini Sultan Kamaletdinov ölkə ordusunun pilotsuz uçuş aparatları ilə təchiz edilməsi üzrə aparılan işlərdən bəhs edib. Naxçıvan televiziyası “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, nazir müavini Senatda keçirilən brifinqdə bildirib: “Bu çox mühüm məsələdir. Elə indicə Senatın plenar iclasında bu məsələ deputatların da marağına səbəb oldu. Son hərbi münaqişələrin təhlili PUA-ların tətbiq edilməsinin aktuallığını göstərir, biz bunu başa düşürük və münasib tədbirlər görürük. Hal-hazırda biz bu aparatları həm xaricdən alırıq, həm də özümüz onların hazırlanması ilə məşğul oluruq”.

O, Qazaxıstanda PUA-ların istehsalı prosesinin yoluna qoyulması ilə bağlı planlardan danışıb.

“Bu gün bizdə İsraildə, ÇXR-də istehsal olunmuş PUA-lar mövcuddur, Türkiyə şirkətləri ilə birgə istehsal müəssisəsinin yaradılması üzrə iş gedir. Bundan başqa, hal-hazırda öz hazırladığımız PUA-ların nümayiş sınaqları keçirilir”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM