satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin 11 ayında Türkiyədə 1069 terrorçu zərərsizləşdirilib

Bu ilin 11 ayında Türkiyədə 1069 terrorçu zərərsizləşdirilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 2023-cü ilin 11 ayında 1069 terrorçu zərərsizləşdirilib.

 

Naxçıvan televiziyası “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə nazir Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı məlumat verib.

 

Onun sözlərinə görə, zərərsizləşdirilənlərdən ümumilikdə 59-u yüksək səviyyəli terrorçu, 7-si qırmızı, 1-i mavi, 2-si yaşıl, 16-sı narıncı, 33-ü isə boz kateqoriyası üzrədir: “Ölkəmizdə həyata keçirilməsi planlaşdırılan 145 terror aktının qarşısı alınıb. Terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş 189 əməliyyat zamanı 1133 şübhəli şəxs saxlanılıb. Onlardan 163-ü həbs edilib. 28 milyon lirədən çox pul ələ keçirilib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM