satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Arxiv işi və Muzeyşünaslıq kafedrasının müəllimi olmuş Sübhi Kəngərli vəfat edib.

Sübhi Kəngərli 1937-ci ildə Naxçıvan şahərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Cəlil Məmmədquluzədə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi işçi kimi fəaliyyətə başlamış və muzeyin ilk yaradıcılarından biri olub. 1975-1980-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Etika va estetika" üzrə qiyabi aspiranturasını bitirib. 30 il Ədəbiyyat Muzeyinə rəhbərlik edib. 1973-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə bașlayıb. 2012-ci ildən Arxiv işi və Muzeyşünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM