satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır. 

Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyindən Naxçıvan televiziyası-a verilən xəbərə görə, hazırda Naxçıvanda 1-ci siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər ölkə üzrə mərkəzləşmiş qaydada mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM