satellite   Azerspace-1: 11135 H 30000

AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifələrindən azad edilib

AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifələrindən azad edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 3 şöbə müdiri tutduqları vəzifələrdən azad olunublar.

Naxçıvan televiziyası-ın məlumatına görə, bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifələrdən azad ediliblər.

Həmçinin AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM