Naxçıvanda məktəbəhazırlıq qruplarında 3300-ə yaxın uşaq tədrisə başlayıb

Naxçıvanda məktəbəhazırlıq qruplarında 3300-ə yaxın uşaq tədrisə başlayıb

Oktyabrın 1-dən ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 11-dən bu günə qədər Naxçıvanda ümumilikdə 137 ümumtəhsil məktəbinə 3 300-ə yaxın uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qruplarına qəbul edilib.

Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və I sinfə hazırlığını təmin edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM