satellite   Azerspace-1: 11135 H 30000

Əlavə müsabiqənin nəticələri: 479 nəfər magistratura, 1002 nəfər bakalavriat səviyyəsində ödənişsiz təhsil alacaq

Əlavə müsabiqənin nəticələri: 479 nəfər magistratura, 1002 nəfər bakalavriat səviyyəsində ödənişsiz təhsil alacaq

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası-a bildirilib ki, əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 479, bakalavriat səviyyəsi üzrə isə 1002 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet”lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM