satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu əvəzsizdir

Nazir: Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu əvəzsizdir

Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu əvəzsizdir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev feysbuk sosial şəbəkəsi hesabında yazıb.

“Dəyərli müəllimlər! Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!”, - nazir qeyd edib.

Qeyd edək ki, bu gün müəllimlərin peşə bayramıdır. 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. "Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM