satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 4 məzunu prezident təqaüdünə layiq görülüb

Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərinin 4 məzunu prezident təqaüdünə layiq görülüb

Ölkə Prezidenti cənab İlham Əliyev “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. 

Naxçıvan televiziyası xəbər verir ki, Prezident təqaüdünə layiq görülənlərdən 4-ü Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunlarıdır. Belə ki, Culfa Şəhər 3 nömrəli tam orta məktəbin məzunu İsmayıllı Kənan Mehman oğlu, Ordubad Rayon Gənzə kənd tam orta məktəbinin məzunu Rzayev Yaqub Aqil oğlu, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Əbilov Ziya Namiq oğlu və Naxçıvan Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Qənbərova İnci Rauf qızı prezident təqaüdünə layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM