satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçirilir

Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçirilir

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllimin iştirak edir.

Ümumilikdə iki seansada keçiriləcək prosesdə 300-ə yaxın tərbiyyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM