satellite   Azerspace-1: 11135 H 30000

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini təqdim edib

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini təqdim edib.

DİM-dən Naxçıvan televiziyası-a bildirilib ki, bu nömrədə rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə rezidenturaya qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM