satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda uşaq bağçalarında vakant müdir vəzifəsinə işə qəbul imtahanı aparılacaq

Naxçıvanda uşaq bağçalarında vakant müdir vəzifəsinə işə qəbul imtahanı aparılacaq

Naxçıvan televiziyası xəbər verir ki, fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunacaq.

Test mərhələsində 27 noyabr- 4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyyəçi müəllim vəzifəsində çalışan 16 namizəd dəvət olunub.

Qeyd edək ki, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində saat 10:00-da təşkil olunacaq test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM