NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib - FOTOLAR

NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib<font color=red> - FOTOLAR</font> NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib<font color=red> - FOTOLAR</font> NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib<font color=red> - FOTOLAR</font> NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib<font color=red> - FOTOLAR</font> NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib<font color=red> - FOTOLAR</font> NDU və Naxçıvan MR Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, unversitet və nazirliyin rəhbər heyəti, muxtar respublikada fəaliyyət göstərən 50 orta məktəb direktoru, muxtar respublika təhsil şöbələrinin müdirləri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə keçirilən əməkdaşlıq görüşünü yüksək qiymətləndirərək, ikitərəfli əməkdaşlığın təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Rektor universitetin ümumi fəaliyyəti, kampusu, tədris olunan ixtisaslardan söz açıb, ölkədə yeganə kampuslu universitet olaraq NDU-nun 10 fakültə, 45 kafedra, 3 kollec, 1 Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini qeyd edib. NDU-nun hazırda 250 ixtisas tərkibində azərbaycan dili ilə yanaşı ingilisdili ixtisasların tədris olunduğunu, dünyanın 150-yə yaxın univesiteti ilə birbaşa əlaqələrin mövcudluğu və əcnəbi tələbə sayına görə ölkədə lider ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Tədrisin ölkə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətinə toxunan rektor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yeni təhsil proqramlarının hazırlanması istiqamətində atılan addımlardan bəhs edib. Bu yöndə ali təhsil səviyyəsində optimallaşdırma prosesləri həyata keçirildiyini, müəllimlik ixtisaslarına yeni yanaşmaların tətbiqinin kadr hazırlığının keyfiyyətinə müsbət təsirini nəzərə çatdırıb. Rektor həmçinin qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-da pedoqoji ixtisasları seçən abituriyentlərin sayının universitetdə qəbulun keyfiyyətinin yüksəlməsinə xüsusi təsirindən bəhs edib. Həmçinin hazırda davam edən pedoqoji təcrübənin əhəmiyyətini qeyd edərək, tələbələrin müfəssəl biliklər əldə etməsini və onların müəllimlərin işə qəbul qaydaları barədə məlumatlandırılmasını təklif edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qeyd edib ki, Ümumillider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan NDU bu gün Naxçıvan MR-da bütün təşkilatlarda kadr hazırlığında əsas bazadır. Təhsil Nazirliyi ilə də universitet arasında qarşılıqlı əməkdaşlıq var. Çox təqdirəlayiqdir ki, bu tərəfdaşlıq Əməkdaşlıq Memorandumu ilə rəsmiləşəcək. Nazir vurğulayıb ki, bu görüş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Təfsilatlı Tədbirlər Planından irəli gələn məsələlərin icrası istiqamətində əməkdaşlığı daha da sıxlaşdırmaq və inkişaf etdirmək mahiyyəti daşıyır. Həm də müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması məqsədinə hədəflənib. Nazir Elxan Nəcəfov əlavə edib ki, bu istiqamətdə NDU-nun maddi texniki bazalarından qarşılıqlı istifadə, birgə işçi qruplarının və müvafiq müsahibə komissiyalarının yaradılması, “açıq qaqı” günlərinin keçirilməsi, nümunəvi dərslərin təşkili, maarifləndirici görüşlərin olması nəzərdə tutulan əməkdaşlıq sahələridir. Eyni zamanda muxtar respublika ümumtəhsil məktəblərində infosessiyaların keçirilməsi, müxtəlif olimpiadaların birgə təşkili, istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlbi, NDU-nun elmi kitabxanası ilə tanışılıq və təcrübə mübadiləsi, sonuncu kurs tələbələri ilə görüşlərin təşkili, tələbə könüllülərinin dəstəyinin təmin edilməsi də bu yöndə planlaşdırılan tədbirlərdəndir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sonra NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli ali təhsil ocağının strateji inkişafı üzrə fəaliyyət ilə bağlı təqdimatla çıxış edib. Müasir tipli və çoxprofilli təhsil sisteminə malik universitetdə tədrisin və elmi fəaliyyətin təşkili, univesitet-sənaye işbirliyi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası yönündə həyata keçirilən tədbirlər, beynəlxalq əlaqələr , IELTS, SAT mərkəzləri və beynəlxalq layihələrdən bəhs edib.

Sonda ümumtəhsil məktəblərinin direktorları ali təhsil ocağı ilə tanışlıq çərçivəsində Sosial mərkəz, Memarlıq və mühəndislik fakültəsi, İqtisadiyyat fakültəsi, Pedaqoji fakültə , Texnologiya Mərkəzi, , Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi, Universitet xəstəxanası, Texnopark, Beynəlxalq münasibətlər və hüquq fakültəsi, Tarix-filologiya fakültəsi, Fizika-riyaziyyat fakültəsi, Xarici dillər fakültəsi, Tibb fakültəsi, İdman Kompleksi, İncəsənət fakültəsi və Elmi Kitabxana ilə tanış olublar.

Kifayət Mahmudova

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM