Naxçıvan məktəblisindən Respublika Fənn Olimpiadasında daha bir uğurlu nəticə
Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyatı və biologiya fənləri üzrə olimpiadalarının qalibləri elan edilib.
NTV Naxçıvan MR Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində iştirak edən Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Fatimə Zeynallı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə II yerin qalibi olub.
Qeyd edək ki, bu Respublika Fənn Olimpiadasında cari tədris ilində şagirdlərimiz tərəfindən qazanılan II medaldır.
Fatimə Zeynallını təbrik edir, ona təhsilində uğurlar arzulayırıq!
