satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verildi

Naxçıvanda birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verildi

Naxçıvanda birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verildi

Bu gündən Naxçıvanda 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib.

Valideynlər 12–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər. 

Müsahibə mərhələsi 19–31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar Şəhər- rayon Təhsil Şöbələrində yaradılan alternativ qeydiyyat mərkəzlərinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 çağrı mərkəzinə və Naxçıvan regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM