satellite   Azerspace-1: 11135 H 30000

Bu günədək 121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb

Bu günədək 121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb

Mayın 6-dan bu günədək 121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb.

NTV  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib: “Hazırda hər bir kəs “məktəbəqəbul.edu.az” platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumi təhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses sentyabrın 12-dək davam edəcək. Bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM