satellite   Azerspace-1: 11135 H 30000

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanların qeydiyyatı başlanır

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanların qeydiyyatı başlanır

Avqustun 14-ü saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə başlanacaq.

Elm və Təhsil Nazirliyindən NTV-yə bildirilib ki, qəbul olan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM