satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda tələbə adını qazanan ən yaşlı şəxsin adı məlum olub

Azərbaycanda tələbə adını qazanan ən yaşlı şəxsin adı məlum olub

Bu il Azərbaycanda ən yaşlı tələbə 55 yaşlı Vəfa Cəfərova olub.

NTV xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, tələbə subbakalavr (kollec məzunu) kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Xatırladaq ki, bu ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM