satellite   Azerspace-1: 11135 H 30000

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, qrupların komplektləşdirməsi prosesi sentyabrın 1-dən 15-dək davam edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zəriflik nümunəsi

08:00 28.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM