satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib - FOTOLAR

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Nazirlikdən NT-yə bildirilib ki, görüşdə İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Qazi Universitetinin rektoru Uğur Ünal, Yıldız Texniki Universitetinin prorektoru Hüseyn Yılmaz və digər nümayəndələr iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, birgə layihələr, tələbə və müəllim mübadiləsi, həmçinin ali təhsil sahəsində mövcud inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Emin Əmrullayev görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə yeni təşəbbüslərin reallaşdırılmasının hər iki ölkənin ali təhsil sisteminə töhfə verəcəyini bildirib.

Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri də öz növbələrində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM