satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Maarif Vəqfi Gəncə və Naxçıvanda yeni kampuslar açacaq

Türkiyə Maarif Vəqfi Gəncə və Naxçıvanda yeni kampuslar açacaq

Türkiyə Maarif Vəqfi Azərbaycandakı fəaliyyətini Gəncə və Naxçıvanda yeni kampusların yaradılması yolu ilə genişləndirməyi qarşısına məqsəd qoyub.

NTV-nin məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib:

"Əməkdaşlığımızın bu mərhələyə çatması hörmətli prezidentlərimizin qətiyyəti və ortaq baxışları sayəsində mümkün olub. Mövcud əməkdaşlığımızı, ilk növbədə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirdiyimiz fəaliyyətlər vasitəsilə regional və beynəlxalq miqyasda daha da gücləndirərək, bütün Türk Dünyasının rifahına töhfə verməyi hədəfləyirik".

C.Yılmaz hesab edir ki, bu dərinləşmə prosesində təhsil sütununu möhkəmləndirən və bu strateji baxışı praktik müstəvidə həyata keçirən ən güclü aktorlardan biri Türkiyə Maarif Vəqfidir:

"Bakıdan İstanbula uzanan könül körpülərimizi, Maarif məktəblərində yetişən aydın düşüncəli gənclər vasitəsilə daha da möhkəmləndiririk. Çünki Azərbaycanın övladı bizim övladımız, onun gələcəyi isə bizim gələcəyimizdir, Maarif Vəqfi bu düşüncə ilə fəaliyyət göstərir. Bu çərçivədə Türkiyə Maarif Vəqfi Azərbaycandakı fəaliyyətini Gəncə və Naxçıvanda yeni kampusların yaradılması yolu ilə genişləndirməyi qarşısına məqsəd qoyub".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM