satellite   Azerspace-1: 11135 H 30000

Universitet və kolleclərə sənəd qəbulu başa çatıb

Universitet və kolleclərə sənəd qəbulu başa çatıb

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) ərizələrin qəbulu başa çatıb.

NTV-nin məlumatına görə, fevralın 28-dən bu günə qədər 133 389 abituriyent qeydiyyatdan keçib.

Həmin abituryentlərdən 129 655-i ali məktəblər üçün ərizəsini təsdiq edib. Onlardan 120 671-i Azərbaycan bölməsi, 12 718-i isə rus bölməsi üzrə olub.

Bundan başqa, 120 377 abituriyent kolleclər üçün ərizəsini təsdiq edib. Onlardan 110 362-si Azərbaycan bölməsi, 10 015-i isə rus bölməsi üzrədir.

Bu il keçiriləcək bəzi imtahanların qrafiki ilə bu cədvəldən tanış ola bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM