satellite   Azerspace-1: 11135 H 30000

BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 5 psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir.

BŞTİ-dən NTV-yə  bildirilib ki, komissiyalar sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərə və ya qanuni nümayəndələrə müvafiq məsləhətlər verir.

Qeyd edək ki, sağlamlıq imkanı məhdud uşağın xüsusi təhsilə ehtiyacı varsa, valideyni ilə birlikdə aidiyyəti üzrə regional təhsil idarəsi tərəfindən yaşadıqları ərazi üzrə fəaliyyət göstərən psixoloji-tibbi pedaqoji komissiyaya yönləndirilır. Müayinə olunduqdan və sənədlərə baxıldıqdan sonra uşağın faktiki vəziyyətinə uyğun olaraq komissiya tərəfindən müvafiq qərar verilir.

Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə (https://baku.edu.gov.az/az/page/316) fəaliyyət göstərir. Komissiyada müayinə pulsuzdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM