satellite   Azerspace-1: 11135 H 30000

Kosmik hava proqnozu açıqlanıb - FOTOLAR

Kosmik hava proqnozu açıqlanıb<font color=red> - FOTOLAR</font> Kosmik hava proqnozu açıqlanıb<font color=red> - FOTOLAR</font> Kosmik hava proqnozu açıqlanıb<font color=red> - FOTOLAR</font> Kosmik hava proqnozu açıqlanıb<font color=red> - FOTOLAR</font>

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan NTV-yə bildirilib ki, Günəş fəallığı nisbətən zəifləyib. Əsasən C sinifli alışmalar qeydə alınıb, ən güclü alışma isə 4445 ləkə regionunda baş verən M1.9 sinifli alışma olub. Alışmalarla əlaqədar tac kütlə atılmaları və radioemissiyalar müşahidə edilib.

Hazırda Günəş səthində 7 ləkə qrupunda 86 ləkə və tac dəlikləri qeydə alınır. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, proton seli isə fon səviyyəsində olub.

Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb.

Mayın 18-24-də C sinifli alışmaların ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 40 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faiz qiymətləndirilir.

Mayın 19-20-də elektron selinin orta və yüksək səviyyədə qalacağı, proton selinin isə fon səviyyəsində olacağı gözlənilir. Günəş küləyinin sürətinin normadan yüksək qalacağı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM