satellite   Azerspace-1: 11135 H 30000

Festivalda 29 təhsil müəssisəsinin şagirdləri maraqlı və innovativ layihələrlə iştirak edirlər

Festivalda 29 təhsil müəssisəsinin şagirdləri maraqlı və innovativ layihələrlə iştirak edirlər

NTV xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq ümumtəhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılması istiqamətində mühüm işlər görülüb.

O qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında həyata keçirilən “İnteraktiv təhsil yardımı” layihəsi təhsil sahəsində texnoloji yeniliklərin tətbiqinə və müasir tədris imkanlarının genişlənməsinə əhəmiyyətli töhfə verib.

Elxan Nəcəfov vurğulayıb ki, görülən işlərin nəticəsi olaraq şagirdlər STEAM istiqaməti üzrə ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə uğurla çıxış edir, müxtəlif nailiyyətlər qazanırlar.

Nazir sevindirici hal kimi qeyd edib ki, bugünkü festivalda da 29 təhsil müəssisəsinin şagirdləri maraqlı və innovativ layihələrlə iştirak edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM