Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.
NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 8 binada təşkil olunan imtahanlarda, ümumilikdə, 2411 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 29 rəhbər, 238 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
