satellite   Azerspace-1: 11135 H 30000

Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər - FOTOLAR

Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər<font color=red> - FOTOLAR</font> Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər<font color=red> - FOTOLAR</font> Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər<font color=red> - FOTOLAR</font>

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva və aparıcı elmi işçi biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədovanın həmmüəllif olduqları “Azərbaycan üçün yeni olan üç qaraciyərotu taksonu” (Three liverwort taxa new to Azerbaijan) adlı elmi məqalə Bangladesh Journal of Plant Taxonomy jurnalında dərc olunub. Jurnal beynəlxalq elmi bazalarda indekslənir və Q2 kvartilinə daxildir.

Bu barədə NTV-yə  Botanika İnstitutundan məlumat verilib.

Zaqatala, Şabran və Astara rayonlarında aparılmış tədqiqatlar zamanı qaraciyərotu mamırlarına aid “Scapania calcicola”, “Barbilophozia hatcheri” və “Porella cordaeana” növləri ölkənin briofit florası üçün ilk dəfə qeydə alınıb. Məqalədə yeni qeydə alınmış növlərin morfoloji əlamətləri, coğrafi yayılması, ekoloji xüsusiyyətləri, illüstrasiyaları və onlara morfoloji cəhətdən oxşar növlərlə müqayisəli təhlili təqdim olunub. Aparılan morfoloji araşdırmalar və beynəlxalq taksonomik mənbələrlə müqayisələr nəticəsində bu növlərin Azərbaycan briofit florası üçün yeni olduğu təsdiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM