satellite   Azerspace-1: 11135 H 30000

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlanır

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlanır

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatı şəxsi kabinetləri vasitəsilə əvvəlcədən əldə ediblər.

Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.

Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM