İyulun 14-dən etibarən 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, test imtahanları iyulun 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.
Test imtahanı mərhələsinin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95 faiz davamiyyət qeydə alınıb.
Bu gün təşkil olunan imtahan üzrə apellyasiya müraciətlərinin qəbuluna iyulun 15-i saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
