satellite   Azerspace-1: 11135 H 30000

Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib - FOTOLAR

Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib<font color=red> - FOTOLAR</font> Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib<font color=red> - FOTOLAR</font> Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib<font color=red> - FOTOLAR</font> Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib<font color=red> - FOTOLAR</font>

AMEA Arxeologiya və Antropologiya İnstitutun Antik dövr və Alban arxeologiyası şöbəsinin “Qafqaz Albaniyası maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyası Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində arxeoloji tədqiqat aparıb. Bu, Kilsədağ məbədlər kompleksi ətrafında 2022-ci ildən etibarən aparılan çöl tədqiqatlarının artıq beşinci mövsümüdür. Bu mövsümdə də arxeoloji tədqiqatlar mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində davam etdirilib.

Bu barədə NTV-yə  Arxeologiya və Antropologiya İnstitutundan bildirilib.

Tədqiqat tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında aparılıb. 2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilib. 2026-cı ildə müəyyən olunub ki, kompleks ərazisini əhatə edən bürc yerlərinin sayı 10-dan çoxdur. Dairəvi məbəd kompleksinin şərq hissəsini əhatə edən qala divarları və ona paralel olan 3 bürc yeri K və L kvadratlarında aşkara çıxarılıb.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, qəbir kameralarının 2022-ci ildə başlayaraq aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan dini və ictimai bina qalıqlarının bünövrə yerlərinin alt qatında təsadüf etməsi mühüm faktlardan biri olaraq qalır. Bu qəbir tiplərindən götürülmüş antropoloji nümunələr üzərində gələcəkdə aparılacaq radiokarbon analizlər qala divarları və bürc yerləninin tarixi xronologiyası haqqında ətraflı məlumatı üzə çıxaracaq.

Kilsədağda aparılmış çöl tədqiqatları nəticəsində müəyyən edilib ki, qala divarları və bürc yerləri təkcə dairəvi məbəd kompleksi ilə məhdudlaşmayıb. SSRİ dövründə Əmilidağ ərazisində 100 hektarlarla sahəni əhatə edən Qəbələ (RLS) radiolakasiya stansiyasının inşası zamanı abidənin yerləşdiyi ərazi ciddi şəkildə dağıdılıb.

Qəbələ rayonunun Əmili kəndində yerləşən, lakin yazılı mənbələrdə hələlik adına rast gəlinməyən, 2022-ci ildə tədqiqatına yenidən başlanılmış Kilsədağ məbədlər kompleksi və onun əhatələyən Akropol ətrafında aparılacaq stasionar tədqiqatlar daha bir qədim Albaniya şəhər yerini üzə çıxaracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM