2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 min 120 plan yeri ayrılıb.
NTV xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı mediaya təşkil olunan brifinqdə deyib.
Direktor bildirib ki, ayrılmış plan yerlərinin 3 mini ilk peşə təhsili səviyyəsinə, 27 min 260-ı texniki peşə təhsili səviyyəsinə, 2860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir.
Onun sözlərinə görə, cari tədris ili üzrə 28 min 140 tələbənin peşə təhsili müəssisələrinə qəbul olunması gözlənilir.
