Dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr üçün illik təhsil haqları təhsil səviyyələrinə uyğun olaraq müəyyənləşdirilib.
NTV xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.
Direktor bildirib ki, ilk peşə təhsili səviyyəsində ənənəvi proqramlar üzrə illik təhsil haqqı 500-800 manat, texniki peşə təhsili proqramları üzrə 500-1700 manat təşkil edir. Yüksək texniki peşə təhsili proqramlarında illik təhsil haqqı 1280-2710 manat arasında dəyişir.
İlqar Bayramlı qeyd edib ki, tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən sertifikat proqramları üzrə təhsil haqqı isə 2500-6500 manat aralığındadır. Hazırda tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində 3 peşə təhsili müəssisəsində 7 sertifikat proqramı təklif olunur.
