“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Müseyib İlyasov

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Müseyib İlyasov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihənin növbəti tarixi siması Azərbaycanda xalq təhsilinin inkişafında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılmış darülmüəllimin ilk təşkilatçısı və müdiri Müseyib İlyasovdur. O, 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub.

Müseyib İlyasov Bakıda və Qubada məktəbdə işləyib. 1931-ci ilədək Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləyib. Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla başqa kəndlərdə məktəblər açıb.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM