Ordubad İnternat məktəbində tibbi aksiya keçirilib - FOTOLAR

Ordubad İnternat məktəbində tibbi aksiya keçirilib   <font color=red> - FOTOLAR</font> Ordubad İnternat məktəbində tibbi aksiya keçirilib   <font color=red> - FOTOLAR</font> Ordubad İnternat məktəbində tibbi aksiya keçirilib   <font color=red> - FOTOLAR</font> Ordubad İnternat məktəbində tibbi aksiya keçirilib   <font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 14 nəfərdən ibarət həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində  humanitar tibbi aksiya təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ambulator müayinələr zamanı 43 şagird ümumi cərrahi, stomatoloq, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və tibbi eynəklər yazılıb, həkim məsləhəti verilib. Bir uşaqda cərrahi müdaxilələrə ehtiyac aşkar olunduğundan müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Humanitar aksiya çərçivəsində yoluxucu xəstəliklərə qarşı mübarizədə şəxsi gigiyenanın əhəmiyyəti barədə səhiyyə maarifi işi aparılıb, məktəbin yataqxanasında yaşayan şagirdlərə gündəlik gigiyenik məişət əşyaları verilib, onlara I-XI siniflər üzrə test kitabları paylanılıb. 43 şagird məktəbli köynəyi ilə təmin edilib.    

Mahmud Hüseynov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM