satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində kollegiya iclası keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində kollegiya iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində kollegiya iclası keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, toplantıda muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov, nazir müavinləri Ovni Muradov və Heyran Əhmədova, həmçinin şöbə və sektor müdirləri iştirak ediblər.

İclasda ümumtəhsil məktəblərində məktəb sənədlərinin işlənməsi, proqram materiallarının yerinə yetirilməsi, təlim-tərbiyə işinin təşkili, fizika, kimya və biologiya fənlərinin tədrisi, kargüzarlıq işinin təşkili və buraxılış imtahanlarına hazırlığın vəziyyəti ilə bağlı seçmə yolla aparılan monitorinqin nəticələri müzakirə edilib.

Yekunda müzakirə olunan məsələlərlə bağlı qərar layihəsi oxunub və müvafiq qərarlar qəbul olunub.

Kollegiya iclasında muxtar respublikanın təhsil müəssisələrinin direktorları da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM