satellite   Azerspace-1: 11135 H 30000

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Bu gün saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək.

Proses mayın 16-sı saat 23:59-da yekunlaşacaq.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM