satellite   Azerspace-1: 11135 H 30000

Fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb

Fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb

Respublika fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, mayın 2-də fizika və coğrafiya, mayın 3-də riyaziyyat, mayın 4-də biologiya, mayın 6-da Azərbaycan dili və ədəbiyyat, tarix və informatika, mayın 10-da isə kimya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçiriləcək. Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.

İnformatika fənnindən yuxarı yaş qrupu (10-11-ci siniflər) üzrə final turu ADA Universitetində, aşağı yaş qrupu (8-9-cu siniflər) üzrə final turu Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda, digər fənlər üzrə isə “Hyatt Regency” hotelində təşkil olunacaq.

Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini aprelin 25-dən 28-dək www.portal.edu.az elektron ünvanında şəxsi kabinetlərindən əldə edə bilərlər. Şagirdlər final mərhələsinə gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM