Akademik İsmayıl Hacıyevin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyası nəşr olunub

Akademik İsmayıl Hacıyevin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyası nəşr olunub

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyası işıq üzü görüb.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyada Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, onun ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.

Altı fəsildən ibarət olan nəşrdə ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından, Naxçıvanın milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsindən, Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin təşəbbüsü ilə qəbul etdiyi tarixi qərarlardan, habelə ulu öndərin Azərbaycan SSR Ali Sovetindəki tarixi çıxışlarında toxunduğu vacib məsələlərdən bəhs olunur.

Qeyd olunur ki, Azərbaycanın dayanıqlı inkişafı Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam təməllər, uzaqgörən siyasət əsasında bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiya “Nəticə” və 100-dən artıq mənbənin yer aldığı ədəbiyyat siyahısı ilə yekunlaşır. Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun rəyi ilə “Elm” nəşriyyatında çapdan çıxıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM